AxtarışÜmumi təsvirAxtarışa başlayın - bu asandır Düzgün sorğu nə deməkdir? Sitat axtarırsınız? Mütləq söz tapın! Sözü necə xaric etmək olar? Axtarış nəticələriÜmumi təsvirAxtarış forması Tapılmış sənəd Axtarış nəticələrinin epiloqu Axtarış sorğularının diliAxtarış operatorlarının siyahısıSəhifənin ünvanı üzrə axtarış FAQMən ilk dəfədir ki, internetdə axtarış edirəm. Bunu necə etmək lazımdır?Axtarış zamanı registr nəzərə alınırmı? Sorğu sahəsinə söz daxil edərkən dərhal köhnə sorğu siyahısı üzə çıxır! Bunu necə aradan qaldırmak olar? YUMROO öz nəticələrini hansı prinsip üzrə nizamlayır? Mən mövzuya uyğun olmayan çox sayda səhifə tapmışam. Nə edim? Saytın əlavə edilməsi və indeksasiyasıSaytı sizin axtarış sisteminizə necə əlavə etmək olar?Mən saytı artıq bir müddətdi əlavə etmişəm, amma o, hələ də indeksasiya edilməyib! Saytımın indeksasiya edilib edilmədiyini və indeksda hansı səhifələrin olduğunu necə öyrənə bilərəm? Mənim saytıma linklər artıq YUMROO tərəfindən indeksasiya edilmiş saytlarda var, lakin sayt hələ də sizin axtarış sisteminizdə mövcud deyil. Saytın YUMROO-ya əlavə edilməsi üçün nə qədər gözləmək lazımdır? YUMROO mənim saytımı indeksasiya etmir. Niyə? Niyə saytımın bütün səhifələri indeksasiya edilməyib? Sayt çox dəyişib, amma YUMROO-da hərşəy əvvəlki kimidir. Nə etmək lazımdır? Saytım köçürülüb (saytın URL-sı dəyişib). Nə etmək lazımdır? Robotun işiAxtarış sisteminin robotu nədir və o, nə üçün istifadə edilir?Server loqlarında robotunuzun adı nədir? Sizin robot yalnız bir İP-ünvandan “hərəkət edir”? Saytın yaradılmasında freymlər istifadə edilib. Axtarış zamanı YUMROO saytın daxili freymlərinə linklər verir. Nə etməliyik? Çünki bütün naviqasiya digər freymdə yerləşdiyinə görə əlçatmaz olur. Sizin robot saytımın səhifələrini “ölü” linklər üzrə yükləməyə çalışır. Niyə? Mənim səhifəm vaxtaşırı axtarış nəticələrindən yox olur. Bunun səbəbi nədir? Veb usta üçün məsləhətlərRobota saytı daha tez indeksasiya etməsi üçün yardım edə bilərəm?Axtarış nəticəsində əks olunan saytımın başlığı və təsviri məni qane etmir. Onları necə dəyişə bilərəm? YUMROO-nun nöqteyi-nəzərində keyfiyyətli sayt keyfiyyətsiz saytdan nə ilə fərqlənir? Robot nəticələri necə sıralayırÜmumi prinsiplərSıralama kriteriləri
AxtarışÜmumi təsvir
YUMROO - Sorğunuza əsasən daha münasib veb-səhifələr tapa biləcək axtarış sistemidir.
Axtarışa başlayın-bu asandır
Axtarış üçün YUMROO Sizdən xüsusi biliklər tələb etmir. Sizdən yalnız sualı düzgün vermək tələb olunur. Elə bilin ki, sualı kitabxanaçıya və ya erudit bir insana verirsiniz. Misal: “Yer kürəsinin Cənub hissəsinin ən parlaq ulduzu” və ya “YUMROO-da kontekst reklam”.
Düzgün sorğu nə deməkdir?
Düzgün sorğu bir neçə sözdən ibarət olmalıdır, çünki bir sözlə nə tapmaq istədiyinizi müəyyən etmək çətindir. Misal: “dizayn” sorğusu interyer dizaynı, veb-dizayn, landşaft dizaynı haqqında informasiya tapmaq istəyi ola bilər. Bu sorğu ilə YUMROO dizayn növləri haqqında ona məlum olan bütün səhifələri tapacaq. YUMROO bir neçə sözdən ibarət sorğuları yaxşı anlayır və onları təsvir edə bilir. Olduqca “ağıllı” YUMROO axtarış sistemi sizə öz davranışınızı izləmək imkanını verir.
Sitat axtarırsınız?
Dəqiq sitat tapmaq istəyirsinizsə, onu dırnaq arasında verin. Misal: “xahiş edirəm, ayaqlarını ört”. Bu sorğu ilə sizə lazım olan sitatla bütün səhifələr tapılacaq.
Mütləq sözü tapın!
YUMROO susmaya görə sorğunun bütün sözlərini axtarır. Misal: “avtomobil servisi” sorğusu daxil etmisinizsə, “avtomobil” və “servis” sözləri ilə bütün səhifələr tapılacaq.
Sözü necə xaric etmək olar?
Müəyyən sözə rast gəlinən sənədi xaric etmək üçün bu sözün qarşısında (boşluqsuz) minus işarəsi qoyun. Məsələn, sizə müxtəlif tur agentliklərin təkliflərini deyil məhz Parisin təsviri lazımdırsa, “Parisin bələdçisi-agentlik-tur”sorğusunu verin.
Axtarış nəticələriÜmumi təsvir
YUMROO-nun axtarış səhifəsinin çox rahat və aydın interfeysi var.
Axtarış forması
YUMROO axtarış formasının sorğu sahəsi və “Axtar” düyməsi mövcuddur. Axtarış sorğusunu axtarış formasına daxil edərək və “Axtar” düyməsini basaraq Siz əldə edilən axtarış nəticələri ilə səhifəni əldə edirsiniz.
Tapılmış sənəd
Sənədin başlığı Sənədin başlığı səhifənin müəllifi tərəfindən sənədə verilən adı əks etdirir. Ona basanda sənəd açılacaq. Başlıq əvəzinə səhifənin ünvanı göstərilirsə, deməli onun başlığı (title) verilməyib. Mətnin fraqmenti Sənədin annotasiyası onun mətni əsasında tərtib edilir. Mətndən sorğunun sözlərindən ibarət cümlələr və ya onların hissələri götürülür. Saytın ünvanı Sənədin təsviri adı ilə sorğuya daha uyğun saytın səhifəsinin ünvanı verilir.
Axtarış nəticələrinin epiloqu
Axtarışın nəticələri ilə digər səhifələr. Nəticələrin ilk səhifəsində ilk on link kifayət deyilsə, digər səhifələrə baxa bilərsiniz. “Geriyə” və “Növbəti” linklər - əvvəlki səhifəyə və ya cari səhifədən növbəti səhifəyə keçid deməkdir. Link kimi tərtib edilmiş nömrələr sırası dərhal axtarışın nəticələrinin lazım olan səhifəsinə keçməyə imkan verir. Digər axtarış sistemləri YUMROO-nun sorğunuza verdiyi cavab dəqiq deyilsə, sualınızı digər formada verin və ya onu digər axtarış sistemlərinə verin. Digər axtarış sistemlərinin adları olan linkə bassanız, yeni pəncərədə axtarışın nəticələrini görəcəksiniz.
Axtarış sorğularının diliAxtarış operatorlarının siyahısı
Saytlar üzrə axtarış YUMROO Sizə müəyyən saytda nəticələri axtarmağa imkan verir. Məsələn, əgər yalnız example.com saytında “Otel” sözünə verilmiş nəticələri tapmaq istəyirsinizsə, «site:example.com Оtel» sorğusunu verin.
Səhifənin ünvanı üzrə axtarış
YUMROO Sizə səhifənin ünvanları üzrə axtarış sözü olan nəticələri axtarmağa imkan verir. Yəni Siz “hotel”sözü ilə bütün ünvanlı nəticələri tapmaq istəyirsinizsə, «url:hotel» sorğusunu verin. Sitatların axtarışı YUMROO verilən ifadə ilə dəqiq uyğunluqları tapmağa imkan verir. Dəqiq ifadə tapmaq istəyirsinizsə, onu dırnaq arasında verin – “Otel İnturist”. İstisnalar üzrə axtarış YUMROO Sizə axtarışın nəticələrindən müəyyən söz olan sənədləri istisna etmək imkanı verir. Həmin sözün qarşısında (boşluqsuz) minus işarəsi qoyun. Məsələn, sizə müxtəlif tur agentliklərin təkliflərini deyil məhz Parisin təsviri lazımdırsa, “Parisin bələdçisi -agentlik -tur”sorğusunu verin.
FAQİnternetdə ilk dəfədir ki, axtarış edirəm. Bunu necə edim?
Harada olduğunuzdan, hansı məlumatı əldə etmək istəyinizdən, sualınızı günün hansı saatında verdiyinizdən asılı olmayaraq, YUMROO vasitəsilə Sizi maraqlandıran suala cavab tapa bilərsiniz. Bunu etmək çox asandır. www.yumroo.az səhifəsində sualınızı əks etdirən sözü axtarış formasına daxil edin və “Axtar” düyməsini basın. Cavab olaraq tələb edilən cavabı özündə əks etdirən sənədlər üçün linklər siyahısını alacaqsınız. Əgər tez-tez çətin suallara cavab axtarırsınızsa, sorğunun dilini bilməlisiniz (maddə 3-çə baxın. Axtarış sorğularının dili).
Axtarış zamanı registr nəzərə alınırmı?
Böyük və kiçik həriflərlə yazılmış sözlər bir sözün müxtəlif formaları kimi qəbul edilir. Buna görə sorğuda registrin isfifadəsinin fərqi yoxdur.
Sorğu sahəsinə söz daxil edərkən dərhal köhnə sorğu siyahısı üzə çıxır! Bunu necə aradan qaldırmaq olar?
Bu siyahını Sizə YUMROO deyil, formaların avtomatik doldurulması aktivləşdirilmiş brauzer göstərir (AutoComplete). Onu çox asanlıqla deaktiv edə bilərsiniz. Məsələn, Internet Explorer-də bu belə edilir: «Servis/Tools» menyusuna daxil olun, Internet Options maddəsini seçin və orada «Məzmun/Content» əlfəçinini seçin. “Şəxsi məlumat/ Personal Information» bölməsinə daxil olun və «Avtomatik doldurulma/AutoComplete...» düyməsinə basın. Lazımsız işarələri götürərək gələcəkdə formalarda mətnlərin yaddaşda saxlanılmasını deaktiv edəcəksiniz. Birdəfəlik brauzerin yaddaşında qalmış məlumatları da silə bilərsiniz («Formaları silmək/Clear Forms» düyməsi). Həmçinin sorğuları seçərək silə bilərsiniz. «Down» düyməsindən və mausdan istifadə edərək çıxan siyahıda lazım olan sorğunu seçin və «Delete» düyməsini basın.
YUMROO öz nəticələrini hansı prinsip üzrə nizamlayır?
YUMROO linkləri tam olaraq və avtomatik nizamlayır. Bu prosesdə mətnlərin, linklərın, sənədlərin və saytların analizinə əsaslanan faktorların kombinasiyasından istifadə olunur. Sıralama prosesinə istifadəçinin sorğusuna cavab verməyən, axtarışın nəticələrini üstələməyə çalışan lazımsız sənədlərin yatırdılması ilə bağlı faktorlar da təsir edir. Elmi ədəbiyyatda təsvir edilmiş məlum faktorlardan başqa sıralama prosesində YUMROO unikal, uzun müddətli analizlərin və araşdırmaların nəticələrindən istifadə edir; burada veb-ustaların və müəlliflərin yaratdıqları sənədlərin həm sosial mahiyyəti həm də axtarış sistemində çalışan istifadəçilərin və axtarış üzrə Kubokda iştirak edən professionalların davranışlarının psixoloji xüsusiyyətləri nəzərə alınır.
Mən mövzuya uyğun olmayan çox sayda sənəd tapmışam. Nə edim?
Ola bilsin ki, verdiyiniz sorğu geniş formatdadır. Onu əlavə sözlərlə dəqiqləşdirməyə çalışın. Məsələn, “psixologiya” sorğusu əvəzinə “Yunqa psixologiyası” sorğusunu verin.
Saytın əlavə edilməsi və indeksasiyasıSaytı sizin axtarış sisteminizə necə əlavə etmək olar?
Saytın varlığı haqqında “Sayt əlavə et” formasını istifadə edərək robota xəbər verə bilərsiniz. Saytınızın aid olduğu kateqoriyanı burada qeyd edə bilərsiniz. Sayt əlavə edildikdən sonra moderasiya üçün göndəriləcək. Moderasiyanı keçdikdən sonra, sayt bizim robot tərəfindən indeksləşdirmə üçün növbəyə qoyulacaq. Diqqət! Saytın əlavə edilməsi onun tez indeksasiya ediləcəyinə və ya ümumiyyətlə indeksasiya ediləcəyinə zəmanət vermir.
Mən saytı artıq bir müddətdi əlavə etmişəm, amma o, hələ də indeksasiya edilməyib!
Ola bilsin ki, saytın əlavə edilməsindən sonra çox az vaxt keçib. Saytın əlavə edilməsi onun ümumiyyətlə indeksasıya ediləcəyinə zamanət vermir. Bu sadəcə axtarış sisteminin robotuna yeni sayt haqqında xəbər verilməsinin bir vasitəsidir. YUMROO robotunun serverə müraciət edən zaman serverdə səhv baş verib vermədiyini yoxlayın. Əgər server səhv aşkar edirsə, robot indeksasiya edilməni dayandırır və daha sonra yenidən cəhd edəcək.
Saytımın indeksasiya edilib edilmədiyini və indeksda hansı səhifələrin olduğunu necə öyrənə bilərəm?
Saytınızın indeksasiya edilmiş səhifələrinin mövcudluğunu yoxlamaq üçün “site” dil sorğusu operatorundan istifadə edin. Bəzi hallarda səhifələr ideksasiya edildiklərinə baxmayaraq müvəqqəti olaraq nümayiş edilmirlər. Misal üçün, «site:day.az day.az» sorğusu day.az saytının bütün indeksasiya edilmiş səhifələrini göstərəcək.
Mənim saytıma linklər artıq YUMROO tərəfindən indeksasiya edilmiş saytlarda var, lakin sayt hələ də sizin axtarış sisteminizdə mövcud deyil.
YUMROO robotu indeksasiya edilmiş saytların xarici linkləri üzrə yerləşən yeni saytları indeksasiya etmir. Bütün yeni saytlar moderasiyadan keçirlər. Yeni sayt haqqında robota xəbər vermək üçün yeganə vasitə - “Sayt əlavə et” formasından istifadə etməkdir.
Saytın YUMROO-ya əlavə edilməsi üçün nə qədər gözləmək lazımdır?
Saytların indeksasiya müddətini proqnozlaşdırmırıq və bu və ya digər saytın indeksasiya ediləcəyinə zəmanət vermirik. Adətən, saytın əlavə edilməsindən və saytın səhifələrinin saytda axtarış zamanı nümayiş etdirilməsinə qədər bir neçə gündən beş həftəyə qədər müddət tələb edir.
YUMROO mənim saytımı indeksasiya etmir. Niyə?
Əgər sayt ideksasiya edilməyibsə, bu hələ o demək deyil ki, robotun bu saytdan xəbəri yoxdur. Ola bilsin ki, bu saytın növbəsi hələ çatmayıb.
Niyə saytımın bütün səhifələri indeksasiya edilməyib?
Çox ehtimal ki, robot saytınız haqqında məlumatı təzəlikcə alıb. Narahat olmayın, qalan səhifələr tədricən indeksasiya ediləcəklər.
Sayt çox dəyişib, amma YUMROO-da hərşəy əvvəlki kimidir. Nə etmək lazımdır?
İndeksasiya edilənə qədər gözləmək. Əgər sayt gec-gec yenilənirsə, robot sayta daha az daxil olur, lakin onu yaddan çıxarmır.
Saytım köçürülüb (saytın URL-sı dəyişib). Nə etmək lazımdır?
“Sayt əlavə et” forması vasitəsiylə yeni sayt haqqında robota xəbər vermək.
Robotun işiAxtarış sisteminin robotu nədir və o, nə üçün istifadə edilir?
Robot (ingilis dilində “crawler”) indeksasiya edə biləcıyi URL siyahısını özündə saxlayır və onlara aid olan sənədləri daim yükləyir.
Server loqlarında robotunuzun adı nədir? Sizin robot yalnız bir İP-ünvandan “hərəkət edir”?
Bizim robot YumrooBot/1 kimi təqdim edilir. YUMROO robotun “hərəkət etdiyi” bir çox İP-ünvan var və onlar dəyişə bilər. Ünvanlar siyahısını açıqlamırıq.
Saytın yaradılmasında freymlər istifadə edilib. Axtarış zamanı YUMROO saytın daxili freymlərinə linklər verir. Nə etməliyik? Çünki bütün naviqasiya digər freymdə yerləşdiyinə görə əlçatmaz olur.
Problemi JavaScript vasitəsiylə həll etmək olar. Səhifəni yükləmədən öncə naviqasiyalı əsas freymi yoxlamaq lazımdır. Freym açıq olmalıdır.
Sizin robot saytımın səhifələrini “ölü” linklər üzrə yükləməyə çalışır. Niyə?
Robot linkləri başqa səhifələrdən götürür, demək səhifələrin birində saytınıza linklər yanlış qeyd ediliblər. Çox güman ki, saytın quruluşunu dəyişmisiniz və başqa veh-səhifələrdə qeyd olunan linklər deaktiv olunublar.
Mənim səhifəm vaxtaşırı axtarış nəticələrindən yox olur. Bunun səbəbi nədir?
YUMROO axtarış sisteminin arxitekturu klasterdi və axtarış bazasının hissələri fərqli serverlərdə yerləşir. Əgər yüksək gərginlik zamanı səhifənizin təsadüfən yerləşdiyi axtarış serverlərdən biri cavab vermirsə, səhifə axtarış nəticələrində göstərilməyəcək. Əgər bəzən səhifəyə müraciət edilən zaman səhv aşkar edilirsə (misal: qeyri-sabit hostinq), robot səhifəni müvəqqəti olaraq axtarışdan çıxarır.
Veb usta üçün məsləhətlərRobota saytı daha tez indeksasiya etməsi üçün yardım edə bilərəm?
Sayt səhifələrinin axtarış zamanı görünməsini tezləşdirmək üçün aşağıdakı məsləhətlərdən faydalanın:
Axtarış nəticəsində əks olunan saytımın başlığı və təsviri məni qane etmir. Onları necə dəyişə bilərəm?
Təsvir avtomatik olaraq sənədin mətnindən tapılan sitatlar əsasında hazırlanır, başlıq isə title sənədinin teqi əsasında hazırlanır. Saytınızdakı sənədlərin mətinlərini və başlıqları dəyişərək, saytın təsvirini də axtarış nəticələrində dəyişəcəksiniz.
YUMROO-nun nöqteyi-nəzərində keyfiyyətli sayt keyfiyyətsiz saytdan nə ilə fərqlənir?
YUMROO nəticə səhifəsində məluamatları və İnternetdə bu məlumatlara olan linkləri təqdim edərək, istifadəçilərin sorğularına cavab tapmağa çalışır. İstifadəçilərin tələblərinə və məlumatın əhəmiyyətinə əsaslanaraq axtarış sistemini yaratdıq və inkişaf etdiririk. Buna görə, aşağıda göstərilən tövsiyələrə riayət edilməsi saytınızın indeksasiya edilməsində və sıralamasında kömək edədəck. Halbuki, yalançı texnikaların istifadəsi saytın pozisiyalarının aşağı düşməsinə və siyahıdan çıxarılmasına gətirib çıxara bilər. Əsas prinsiplər
Biz indeksasiya etməməyə və ya yüksək sıralama aparmamağa çalışmırıq:
Robot nəticələri necə sıralayırÜmumi prinsiplər
Axtarış sisteminin iş keyfiyyətinin nöqteyi-nəzərindən axtarış nəticələrinin sıralanması ən vacib məsələdir. Sıralanan sənədlərin müxtəlifliyinə və axtraış spam vasitəsiylə axtarış nəticələrinin qəsdən pozulması cəhdlərinə görə sıralamanın yaxşı funksiyasının hazırlanması çox çətin məsələdir. Internetin hipermətn strukturunun nəzərə alınması siralanma keyfiyyətinin yüksəltməsinin ən güclü vasitəsidir: link sıralanma və sitat gətirmənin indeksi keyfiyyətli kontenti ona bənzər “zibildən”, həmçinin (sayt sahibləri üçün çox önəmli olan) orijinal sənədləri surətlərdən (bəzən) ayırmağa kömək edir. Lakin burada da eyni problemlər meydana çıxır: linklər strukturunun müxtəlifliyi və onun spamerlər tərəfindən qəsdən pozulması. Sıralanma yalnız avtomatik üsulla həyata keçirilir və biz hər hansı bir sorğu və ya sayt üçün axtarış nəticələrinin düzəlişini etmirik.
Sıralama kriteriləri
YUMROO sənədlərin sıralanması zamanı aşağıdakı kriterilərdən faydalanır:
|
